27 Aprel 2024
Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - AÇIQLAMA

Cəriməni buradan ödəyənlərə 40 % endirim edilir? - AÇIQLAMA

25 Sentyabr 2023
Baxış: 478

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən AJMEDİA.İNFO-ya bildirilib.

Qeyd edilib ki, onlardan biri də “asancerime.com” səhifəsidir.

Yol polisi vətəndaşları bu səhifələrlə bağlı xəbərdar edib:

“Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Qeyd olunan səhifə ABŞ-də yaradılıb”.