28 Aprel 2024
Cənubi Koreyaya səfər edən turistlərin sayı 95 faiz azalıb

Cənubi Koreyaya səfər edən turistlərin sayı 95 faiz azalıb

26 Aprel 2020
Baxış: 518

Yeni növ koronavirus (COVID-19) pandemiyası Cənubi Koreyanın turizm sənayesinə ciddi ziyan vurub.

AZƏRTAC Koreya Turizm Təşkilatına istinadla xəbər verir ki, martda ölkəyə xaricdən 83 min turist gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95 faiz azdır. Cənubi Koreyanın əsas turist mənbələrindən olan Çindən gələnlərin sayı 96,6 faiz azalıb. Pekinin öz vətəndaşlarına pandemiya ilə əlaqədar xarici ölkələrə, o cümlədən Cənubi Koreyaya səyahətlərdən çəkinməklə bağlı xəbərdarlığı çinli turistlərin sayının azalmasında həlledici rol oynayıb. Yapon turistlərin sayı isə 97,8 faiz azalıb. Bundan başqa, Asiya və Yaxın Şərq ölkələrindən gələnlərin sayı 93,7, Amerika və Avropadan gələnlərin sayı isə 87,5 faiz aşağı düşüb.

Koreya Turizm Təşkilatı ölkədən xaricə gedən turistlərin sayının 93,9 faiz azaldığını açıqlayıb