29 Aprel 2024
Canni De Byazi: "Koronavirusa yoluxmaq mənim üçün ağır idi"

Canni De Byazi: "Koronavirusa yoluxmaq mənim üçün ağır idi"

03 Yanvar 2022
Baxış: 474

"Koronavirusa yoluxmaq mənim üçün ağır idi".

AJMEDİA.İNFO xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio/Tv"yə açıqlamasında deyib.

66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: "Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. Çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kq arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".

Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.

Teqlər: AFFA