29 Aprel 2024
Buzovnanın bitməyən yol problemi: “Maraqlanan yoxdur” - VİDEO

Buzovnanın bitməyən yol problemi: “Maraqlanan yoxdur” - VİDEO

24 Dekabr 2021
Baxış: 517

Xəzər rayonunda yol problemi sakinlərin qorxulu yuxusuna çevrilib.

Bu barədə rayonun Buzovna qəsəbəsi, Albalılıq massivi, döngə 21 ünvanında yaşayan sakinlər tərəfindən müraciət daxil olub. Sakinlər iddia edir ki, burada nəinki piyada, heç avtomobillər də normal hərəkət edə bilmir:

“Ərazi demək olar ki, çala-çuxurdan ibarətdir. Bir balaca yağış yağan kimi aləm dəyir bir-birinə. Çuxurlar su ilə dolur, yollar da palçıq olur. İşıqlandırma yoxdur, qaranlıqda yol gedəndə ayağımız boşluğa düşür. Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişik. Lakin bizə baxan, problemimizlə maraqlanan yoxdur”.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.