27 Aprel 2024
Bütün yollarda hərəkət dayandırılacaq - DYP-dən MÜRACİƏT

Bütün yollarda hərəkət dayandırılacaq - DYP-dən MÜRACİƏT

27 Sentyabr 2021
Baxış: 503

Baş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

İdarədən daxil olan məlumata görə,27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.

Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik. (Redaktor.az)