29 Aprel 2024
Bu yolda sürət həddi endirildi - Sürücülərin DİQQƏTİNƏ!

Bu yolda sürət həddi endirildi - Sürücülərin DİQQƏTİNƏ!

10 Yanvar 2024
Baxış: 1322

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə AJMEDİA.İNFO-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.