27 Aprel 2024
Bu universitetin daha bir prorektoru İŞDƏN ÇIXARILDI - FOTO

Bu universitetin daha bir prorektoru İŞDƏN ÇIXARILDI - FOTO

01 Dekabr 2023
Baxış: 345

Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov vəzifəsindən azad olunub.

AJMEDİA.İNFO xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı dekabrın 1-də müvafiq qərar verilib.

Qərara əsasən, Elçin Bəhman oğlu Süleymanov ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru vəzifəsindən çıxarılıb. 2017-ci ilin dekabrın 1-dən prorektor işləyən E.Süleymanov hazırda fəaliyyətini Maliyyə kafedrasının dosenti vəzifəsində davam etdirir.


Digər qərarla, universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə isə Ağası Məlikov təyin olunub.


Xatırladaq ki, bu ilin sentyabr ayında Bakı Mühəndislik Universitetinin rektoru dəyişib və rektor vəzifəsinə Yaqub Maksim oğlu Piriyev təyin edilib.


Yeni rektor oktyabr ayında BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazovu vəzifəsindən azad edib. Hazırda bu vəzifə hələ də boşdur.