28 Aprel 2024
Bu tarixdə Ukraynada müharibə daha da ŞİDDƏTLƏNƏCƏK - ŞOK İDDİA

Bu tarixdə Ukraynada müharibə daha da ŞİDDƏTLƏNƏCƏK - ŞOK İDDİA

12 Aprel 2022
Baxış: 409

“Aprelin sonuna qədər Ukraynanın şərqində hərbi əməliyyatlar daha da güclənəcək. Rusiya səylərini Donetsk və Luqanskda cəmləyərək, Xerson və Nikolayev bölgələrində gələcək döyüşləri davam etdirəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu kəşfiyyatın əldə etdiyi məlumatlara əsasən Britaniya Müdafiə Nazirliyi bildirib.

Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, qarşıdakı iki-üç həftə ərzində Şərqdə döyüşlər daha da güclənəcək:

“Məlumdur ki, Rusiya Donbas bölgəsində intensiv olaraq döyüş personalı və texnikası toplamaqda davam edir. Belarus ərazisi də mühüm olaraq qalır. Məhz buradan qoşunlar Ukraynanın şərq vilayətlərinə köçürüləcək”.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi rusların öz ərazilərində partizan müharibəsinə hazırlaşdığını bildirib.(konkret.az)