28 Aprel 2024
Bu sürücülər 40 manat cərimələnəcək - XƏBƏRDARLIQ!

Bu sürücülər 40 manat cərimələnəcək - XƏBƏRDARLIQ!

11 Yanvar 2024
Baxış: 361

Yağıntılı havalarda piyadaların üst-başını batıran sürücülər 40 manat cərimələnəcək.

AJMEDİA.İNFO-ya bu barədə BDYPİ-dən məlumat verilib.


"Yollardakı su gölməçələri piyadalar üçün böyük problemdir. Çünki bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, yol kənarında dayanan piyadaları üst-başlarını batırırlar, İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq", - xəbərdarlıqda qeyd olunub.