29 Aprel 2024
Bu ölkələr Türkiyəyə xilasetmə qrupu göndərib - Azərbaycan və İsrail neçənci yerdədir? + FOTO

Bu ölkələr Türkiyəyə xilasetmə qrupu göndərib - Azərbaycan və İsrail neçənci yerdədir? + FOTO

09 Fevral 2023
Baxış: 368

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın bir çox ölkəsi təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəyə axtarış-xilasetmə qrupları göndərməyə davam edir.

AJMEDİA.İNFO xəbər verir ki, “Anadolu” agentliyi Türkiyəyə xilasetmə qrupları göndərən ölkələrin siyahısını açıqlayıb.

Siyahıda ilk pillədə Türkiyəyə 725 personal göndərən Azərbaycan yer alıb. Bununla yanaşı, Türkiyəyə ən çox personal göndərən ölkələr sırasında İsrail (450), Fransa (204), Rusiya (150) və digər ölkələr var.(qafqazinfo)