29 Aprel 2024
Bu ölkədə qızların ali təhsil alması QADAĞAN OLUNDU

Bu ölkədə qızların ali təhsil alması QADAĞAN OLUNDU

08 Mart 2023
Baxış: 455

Əfqanıstanda qızların universitetlərə getməsi qadağan olunub.


AJMEDİA.İNFO xəbər verir ki, ali təhsil müəssisələrində qış tətilindən sonra qız tələbələrin təhsilinə icazə verilməyib.


Xatırladaq ki, ötən ilin dekabrında Əfqanıstanın ali təhsil naziri qadınların universitetə getməsini qadağan edib. Bununla da Taliban hakimiyyəti ələ keçirdiyi 2021-ci ildə qadınların təhsil almasına icazə verən qərarını ləğv etmiş oldu. Bu müddət ərzində qadınlar müxtəlif digər oxşar məhdudiyyətlərlə üzləşiblər. Bir çox orta məktəb qapılarını qız tələbələrin üzünə bağlayıb.


Taliban rəsmiləri bu müdaxilələrin müvəqqəti olduğunu deyir. Səlahiyyətlilər qadınların məktəblərə buraxılmamasını geyim qaydalarının pozulması, vəsait çatışmazlığı və kurrikulumun yenidən formalaşdırılması zərurəti ilə əlaqələndirib.