09 May 2024
Bu ölkədə məktəblilər cinsindən asılı olmayaraq "Yubka" GEYİNƏCƏK -  Transseksuallara DƏSTƏK

Bu ölkədə məktəblilər cinsindən asılı olmayaraq "Yubka" GEYİNƏCƏK - Transseksuallara DƏSTƏK

05 Oktyabr 2021
Baxış: 729

“Fransa ibtidai sinifdən transseksual insanlara dəstək verməyə davam edir. Buna görə də Təhsil Nazirliyi hər bir şagirdin yubka ilə məktəbə gəlməsinə icazə verib”.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, artıq məktəblərdə soyunub-geyinmə otaqları və tualetləri transseksuallar öz istəyi ilə seçə biləcək. bununla bağlı sənəd artıq hazırlanıb.

Lakin bu qərar Fransa ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Ümumtəhsil Məktəbi Şagirdləri Valideynləri Federasiyasının sözçüsünün dediyinə görə, ən gərgin mübahisə şagirdin öz seçimi ilə soyunma-geyinmə və tualetlərə girmək icazəsinin olması ilə bağlıdır.

“Bədən özlərinindir, nə istəsələr, geyinə bilərlər, amma öz istəklərinə görə məktəbdə qızlarla bir soyunma-geyinmə otaqlarında olması qəbuledilməzdir”, – deyə qurumun sözçüsü vurğulayıb”.(Konkret.az)