29 Aprel 2024
Bu ölkə də NATO-ya üzv olmaq İSTƏYİR - Rusiyaya daha bir ZƏRBƏ

Bu ölkə də NATO-ya üzv olmaq İSTƏYİR - Rusiyaya daha bir ZƏRBƏ

26 May 2022
Baxış: 567

“Bosniya və Herseqovina NATO-ya daxil olmaq üçün üçün qərarlıdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Prezident Şurasının sədri Sefik Dzaferoviç açıqlama verib.

O bildirib ki, ölkənin NATO-ya daxil olması üçün bəzi problemləri var. Sefik Dzaferoviçin sözlərinə görə, ölkə hələ 2005-ci ildə NATO-ya üzv olmaq istəyini dilə gətirib. Dzaferoviç etiraf edib ki, Rusiya Bosniya və Herseqovinaya təsir edə bilir. “Rusiya tərəfindən Bosniya və Herseqovinada açıq təhdid var.

Rusiyalı səfir ölkənin NATO-ya üzv olmaq üçün israr edəcəyi təqdirdə nəticələri olacağı barədə xəbərdarlıq edir. Lakin biz NATO yolunda qərarlı şəkildə irəliləyirik” -deyə o qeyd edib.