27 Aprel 2024
Bu gün terroru təbliğ edən və terrorun özü olan HƏMAS və HƏMAS kimi digər terror təşkilatlarının kökü yer üzündən tamamilə kəsilməlidir! - David Seliverstov

Bu gün terroru təbliğ edən və terrorun özü olan HƏMAS və HƏMAS kimi digər terror təşkilatlarının kökü yer üzündən tamamilə kəsilməlidir! - David Seliverstov

23 Oktyabr 2023
Baxış: 1126

HƏMAS nədir?

HƏMAS Fələstində islami hərəkat və siyasi partiyadır. Uzun illərdir ki, Qəzza zolağında hakimiyyəti əlində saxlamağa çalışır.
HƏMAS dünyada bir çox aparıcı ölkələr tərəfindən terror təşkilatı kimi qəbul olunur. Lakin bəzi ölkələr tərəfindən dəstəklənir.

HƏMAS bölgədə həm də İsrailə qarşı müəyyən qüvvələrin dayaq nöqtəsi kimi qəbul edilir.

HƏMAS (Hərəkat əl-Muqavama əl-İslamiyyə – İslami Müqavimət Hərəkatı) 1987-ci ildə yaradılıb.
Yəhudi dövlətini məhv etməyi qarşısına məqsəd qoyan HƏMAS təkcə İDF döyüşçüləri ilə deyil, mülki əhali ilə də döyüşür. Onun liderləri öz mövqelərini belə izah edirlər: onlar hesab edirlər ki, İsrailin hərbiləşdirilmiş cəmiyyəti var, burada hər kəs bu və ya digər şəkildə müharibə üçün çalışır. Və hər kəs öz fikrincə, cinayətkar olan hakimiyyətin seçkilərində iştirak edir. Ona görə də nə kişi, nə qadın, qoca, ahıl, cavan və körpəyə aman verilmir.

HƏMAS Fələstin diasporunun ianələri, bəzi Körfəz şeyxlərinin töhfələri hesabına maliyyələşir. Bundan əlavə, o, Misiri Qəzza zolağı ilə birləşdirən mürəkkəb tunellər şəbəkəsi vasitəsilə daşınan mülki mallara vergi tətbiq edib. Təşkilatın büdcəsi ən azı 70 milyon dollar qiymətləndirilir.

Bəs Qəzza zolağı nədir?

Qəzza zolağı İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41, eni 10 km olan bir bölgədir. Qəzzada təxminən 2,3 milyon insan yaşayır və bura dünyada ən yüksək əhali sıxlıqlarından birinə sahibdir. Qəzza İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə Fələstin ərazisinin bir hissəsini təşkil edir.
BMT-nin məlumatına görə, Qəzza əhalisinin təxminən 80 faizi beynəlxalq yardımdan asılıdır və buradakı təxminən bir milyon insan isə gündəlik ərzaq yardımına möhtacdır.
Bu isə orada yaşayan insanların gündəlik həyatının çox çətin olması deməkdir. BMT-nin məlumatına görə, 2021-ci ildə Qəzzada elektrik enerjisi orta hesabla, gündə yalnız 13 saat verilə bilib.
Ümumdünya Səhiyyə Təşkilatı bir insanın içmək, yuyunmaq, yemək bişirmək və çimmək üçün gündə 100 litr suya ehtiyacı olduğunu bildirir. Qəzzadakı orta istehlak isə təxminən 88 litrdir.

İsrail Qəzza üzərindəki hava məkanı ilə sahil xəttinə nəzarət edir və sərhəd qapılarından kimin və hansı malların girib-çıxmasına icazə verilməsini məhdudlaşdırır.
Misir də eyni qaydada, Qəzza sərhədinə kimin girib-çıxmasına nəzarət edir. Onlar bunun təhlükəsizlik üçün vacib olduğunu iddia edirlər.
İndi İsrail hökuməti şənbə günü baş verən hücuma cavab olaraq Qəzzada "tam blokada" elan edib.
Qəzzada hər gün elektrik enerjisi kəsilir. İsrailin blokadasından sonra Qəzzada yeganə elektrik stansiyasının yanacağı bitdiyi üçün elektrik enerjisi kəsilib.
Qəzza 2007-ci ildə o vaxtki hakim Fələstin Muxtariyyətinə sadiq qüvvələrlə islamçı qrup arasında baş vermiş şiddətli qarşıdurmadan sonra Həmasın nəzarətinə keçib.
2014-cü ildə Həmas ilə yaşanan qısa bir münaqişədən sonra İsrail özünü raket hücumlarından və döyüşçülərin sızmasından qorumaq üçün Qəzza ətrafında “bufer zona” elan etdi.

Fələstinin Həmas silahlı qruplaşmasının oktyabrın 7-də İsrailə qarşı xəbərdarlıq edilmədən başladığı hücum miqyası və zorakılığı baxımından görünməmiş bir hadisə idi.

Bu gün Həmas İslam dünyasında azadlıq mübərizəsi uğrunda savaş aparan bir təşkilat kimi özünü qələmə verir. Lakin islam dininin zorakılıq, qəddarlıq və terrorçuluqla heç bir əlaqəsi yoxdur. İslam sülh və əmin- amanlığı təbliğ edir.
HƏMAS , qərb dünyasında isə terrorçu təşkilat hesab edilir.
Kanada, Avropa İttifaqı, İsrail, Yaponiya və ABŞ-da terror təşkilatlarının siyahısına salınıb. Təşkilatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Avstraliya və Böyük Britaniyada terror təşkilatları siyahısındadır.

İsrailin baş naziri Benyamin Netanyahu: “Bu müharibəni biz başlamadıq, ancaq bu müharibəni də, "HƏMAS"-ı da biz bitirəcəyik”! sözləri ilə qeyd etmişdir.

.

.

ajmedia.info