29 Aprel 2024
Bu gün koronavirusdan ölən olmadı - Operativ Qərargahdan STATİSTİKA

Bu gün koronavirusdan ölən olmadı - Operativ Qərargahdan STATİSTİKA

30 May 2022
Baxış: 444

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına bir yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 759 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 1 706, hazırkı dövrədək isə 6 892 285 test aparılıb.