29 Aprel 2024
Bu ərəb ölkəsi İsraildən "Dəmir Qübbə" ALIR

Bu ərəb ölkəsi İsraildən "Dəmir Qübbə" ALIR

16 Sentyabr 2021
Baxış: 724

Səudiyyə Ərəbistanı raketdən müdafiə sistemlərinin alınması ilə bağlı İsrailə müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumatı “Breaking Defense” saytı yayıb.

Ər-Riyadın Təl-Əvivdən Dəmir Qübbə sistemlərini almaq imkanlarını nəzərdən keçirdiyi bildirilib:

“Əgər hər iki ölkə Vaşinqtondan razılıq alsa, bu razılaşma real olacaq. Belə ki, Səudiyyə Ərəbistanının İsrail sistemlərinə marağı praktik fazaya çatıb. Ər-Riyad artıq bir neçə ildir bu sistemlərin alınması üçün danışıqlar aparır”.

Sayt İsraillə münasibətlərin tam normallaşması üçün Ər-Riyadın Fələstin torpaqlarının işğaldan azad edilməsi şərtindən hələ də imtina etmədiyini bildirib. Bununla belə saytın mənbələri belə mövqeni yalnız kralın tutduğunu, vəliəhd şahzadənin onu müdafiə etmədiyi vurğulanıb.(Axar.az)