28 Aprel 2024
"Bu danışıqların Qarabağla əlaqəsi YOXDUR" - Paşinyandan HƏDSİZ AÇIQLAMA

"Bu danışıqların Qarabağla əlaqəsi YOXDUR" - Paşinyandan HƏDSİZ AÇIQLAMA

14 İyun 2022
Baxış: 475

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Bakı və İrəvan arasında fərqli danışıqlar formatı var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir:


“Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Paşinyan “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, – deyə cavab verib.

Paşinyan bildirib ki, bu halda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolu görünür.