29 Aprel 2024
"Bu, Avropanın gələcəyini həll edəcək” - Zelenskidən QƏTİ MÖVQE

"Bu, Avropanın gələcəyini həll edəcək” - Zelenskidən QƏTİ MÖVQE

07 İyun 2022
Baxış: 404

Prezident Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün namizədlik statusu məsələsinin yaxın həftələrdə həll olunacağını gözləyir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, gündəlik videomüraciətində danışıb.

“İnanıram ki, bu, təkcə Ukrayna ilə bağlı deyil, həm də bütün Avropa layihəsi ilə bağlı – onun həqiqətən də güclü bir assosiasiya kimi gələcəyinin olub-olmaması ilə bağlı qərar olacaq”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, polşalı həmkarı Andjey Duda ilə Ukraynanın Aİ-yə üzvlüyü üzrə namizədlik statusunu müzakirə edib.

“Bu, əsas məsələdir. Biz yaxın həftələrdə namizədlik ərizəmizlə bağlı Avropa İttifaqının qərarını gözləyirik”, - deyə Prezident qeyd edib.

İrlandiyanın baş naziri Mixol Martin hesab edir ki, Ukrayna mümkün qədər tez Aİ-yə daxil olmalıdır.

Mənbə: Yevropeyskaya pravda