28 Aprel 2024
Britaniya Ukraynaya gəmi əleyhinə raket göndərir – CONSON AÇIQLADI

Britaniya Ukraynaya gəmi əleyhinə raket göndərir – CONSON AÇIQLADI

20 Aprel 2022
Baxış: 438

Britaniya Ukrayna Silahlı Qüvvələrini müasir Brimstone gəmi əleyhinə raketlərlə təchiz edəcək.

"Reuters" xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson deyib.

"Bizim nəzərdən keçirdiyimiz Brimstone sisteminin işləyib-işləmədiyini görmək üçün onlardan bir neçəsini nəqliyyat vasitələrinə quraşdırmaq lazımdır" deyə Conson qeyd edib.
O vurğulayıb ki, London hazırda Ukraynanı gəmi əleyhinə raketlərlə, o cümlədən Brimstone ilə təchiz etmək yollarını axtarır. Bizim.Media