29 Aprel 2024
Bred Pittin gizli eşqi üzə çıxdı - FOTO

Bred Pittin gizli eşqi üzə çıxdı - FOTO

27 Yanvar 2022
Baxış: 465

Amerikalı aktyor Bred Pitt isveçli müğənni Lyukke Li ilə gizli münasibətə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə “The Sun” öz mənbələrinə istinadla xəbər verib.

Nəşrin mənbəyi iddia edir ki, aktyor 35 yaşlı ifaçı ilə ötən ilin ortalarından gizli görüşlərə başlayıb.

Qeyd edək ki, Pitt ötən ilin avqustundan model Nikol Poturalski ilə görüşürdü, hətta cütlük Fransanın cənubuna da səyahət etmişdi. Lakin sonradan modelin evli olduğu ortaya çıxmışdı. Modelə yaxın mənbə isə Poturalski və onun 68 yaşlı ərinin açıq münasibət tərəfdarı olduğunu demişdi.

Bununla belə oktyabr ayında Pitt Poturalskidən ayrıldı.