29 Aprel 2024
Böyük Britaniyanın növbəti kraliçası kim olacaq? - II Elizabet AÇIQLADI

Böyük Britaniyanın növbəti kraliçası kim olacaq? - II Elizabet AÇIQLADI

07 Fevral 2022
Baxış: 432

Öz hakimliyinin 70 illiyi ilə əlaqədar olaraq millətə müraciətində II Elizabet bəyan edib ki, şahzadə Çarlz Britaniya taxt-tacına sahib olanda kraliça-konsort titulunun Kornoul hersoginyası Kamilla Parker-Boulza verilməsini səmimi-qəlbdən arzu edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BBC məlumat verib.

“Vaxtı gələndə oğlum Çarlz kral təyin ediləndə bilirəm ki, siz ona və həyat yoldaşına mənə olduğu kimi dəstək verəcəksiniz. Və mən səmimi qəlbdən arzu edirəm ki, zamanı gələndə Kamilla kraliça-konsort kimi tanınsın, çünki o, sədaqətlə xidmət etməkdə davam edir”, – kraliçanın platin yubileyi ilə əlaqədar müraciətində belə deyilir.

Beləliklə, bu sənəd varisliklə bağlı qeyri-müəyyənliyə son qoyub və II Elizabetin könüllü olaraq taxt-tacdan imtina etməyə hazırlaşması barəsində istənilən gümanları təkzib edib, çünki kraliça bu müraciətində tacqoyma mərasimindəki vədini təkrar edib: “Mənim həyatım həmişə sizə xidmətə həsr ediləcək”.

“Biz anamın mənə göstərdiyi şərəfi dərindən dərk edirik, – II Elizabetin çıxışından sonra şahzadə Çarlz deyib.

– Biz birlikdə Əlahəzrətə və xalqa xidmət etməyə və onları dəstəkləməyə can atmışıq. Mənim əziz həyat yoldaşım həmişə mənə möhkəm dəstək olub”.

Kraliça platin yubileyini qeyd edən ilk Britaniyalı monarxdır. Bu günü o, iyun ayında milli bayramların qeyd edilməsi planlaşdırılan Sandringem sarayında tənhalıqda keçirir.

Böyük Britaniyanın baş naziri Boris Conson Twitter səhifəsində yazıb: “Mən onun çoxillik xidmətini haqq edirəm və yayda onun tarixi hakimliyini qeyd etmək üçün ölkə olaraq birgə toplaşmaq imkanını səbirsizliklə gözləyirəm”.

Sabiq baş nazirlər Tereza Mey və Devid Kemeron da monarxa minnətdarlıq edib.