29 Aprel 2024
Böyük Britaniyadan Rusiyaya daha bir ZƏRBƏ: Sanksiyaları GENİŞLƏNDİRDİ - SİYAHI

Böyük Britaniyadan Rusiyaya daha bir ZƏRBƏ: Sanksiyaları GENİŞLƏNDİRDİ - SİYAHI

24 Mart 2022
Baxış: 348

Hökumətin saytında yer alan xəbərə görə, “Qazprombank”, “Rosselxozbank”, “Alfabank”, “SMP-Bank”, Rusiya Dəmir Yolları, “Sovkomflot”, “Rushidro”nun da daxil olduğu siyahıya ümumilikdə 59 şəxs və təşkilat daxil edilib.

AJMEDİA.İNFO Gazeta.ru-ya istinadən xəbər verir ki, barəsində sanksiyalar tətbiq edilən fiziki şəxslər arasında “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov, “Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Lev Xasis, Roman Abramoviçin biznes ortağı Yevgeni Şvidler, həmçinin İqor Seçinlə Nikolay Patruşevin oğulları var.

Qeyd edilir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətlərə görə tətbiq edilən sanksiyalar ölkəyə girişin qadağan edilməsini, həmçinin bütün vəsaitlərin və aktivlərin bloklanmasını əhatə edir.