29 Aprel 2024
Böyük Britaniya Kraliçasına qarşı sui-qəsd planı – Uğursuz cəhdin şok təfərrüatı

Böyük Britaniya Kraliçasına qarşı sui-qəsd planı – Uğursuz cəhdin şok təfərrüatı

28 Dekabr 2021
Baxış: 524

Böyük Britaniya Kraliçası II Elizabetin Milad bayramını keçirməyə gəldiyi Vindzor qəsrinin ərazisinə daxil olan şəxsin üzərində silah aşkarlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, həmin şəxsin Vindzor qəsrinə icazəsiz girdiyi bildirilib.

19 yaşlı şübhəlinin Sauthemptondan olduğu və yerli vaxtla saat 08:30-da qəsrin ərazisinə icazəsiz daxil olduğu deyilib.

Şübhəlinin adının Jasvant Sinqx Çayl olduğu deyilib.

“The Sun” şübhəlinin sui-qəsdən əvvəl etdiyi çıxışının mətnini yayımlayıb:

“Üzr istəyirəm. Etdiklərim və etmək istədiyim işlərə görə peşmanam. Britaniya Kraliçası II Elizabetə sui-qəsd etməyə cəhd edəcəyəm. Bu, 1919-cu ildə Callianval Baqx qətliamında ölənlərin qisasıdır. Bu, orada öldürülən, alçaldılan və irqlərinə görə ayrı-seçkiliyə məruz qalanların qisasıdır. Mən hindli Sinqxəm. Mənim adım Jascant Sinqx Çayl idi, indi mənim adım Dart Consdur”.

Məlumata görə, hindli kraliçanı arbaletlə öldürməyi planlaşdırıb.

1919-cu il aprelin 13-də Hindistanın Pəncab əyalətinin Amritsar şəhərində Rovlatt qanun layihəsinə etiraz edən hindlilər tərəfindən beş İngiltərə vətəndaşı öldürüldükdən sonra, təxminən 10 000-dən çox hindli yenidən qanuna etiraz etmək üçün Amritsara toplanıb. Dağılmaqdan imtina edən hindlilər briqada generalı Reqinald Dayerin əmri ilə Qurxa qoşunları tərəfindən atəşə tutulub. Rəsmi məlumatlara görə, 379 hindistanlı həlak olub, 1200-ə yaxın hindli isə yaralanıb.(Teleqraf.com)