28 Aprel 2024
Biznesmenin oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ - NAZİRDƏN ƏMR

Biznesmenin oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ - NAZİRDƏN ƏMR

08 Dekabr 2022
Baxış: 393

Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib.

AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayev oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib.