27 Aprel 2024
"Bizim müharibəmizdə "Bayraktar"ı ölüm silahı adlandırırdılar, indi isə..." - Prezidentdən SƏRT TƏNQİD

"Bizim müharibəmizdə "Bayraktar"ı ölüm silahı adlandırırdılar, indi isə..." - Prezidentdən SƏRT TƏNQİD

13 Aprel 2022
Baxış: 423

Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.