28 Aprel 2024
"Bizi müharibəyə başlamağa Qərbin ortaya atdığı Kiyev hökuməti məcbur etdi" - PUTİN

"Bizi müharibəyə başlamağa Qərbin ortaya atdığı Kiyev hökuməti məcbur etdi" - PUTİN

12 Aprel 2022
Baxış: 427

“Rusiya özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikri çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin “Vostoçnı” kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib.

Putin Ukraynadakı müharibədən də danışıb və bunun qaçılmaz olduğunu bildirib:

“Ukrayna anti-Rusiya dayağına çevrilməyə başlayıb, orada uzun müddət mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüməyə başlayıb. Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər”.

Putin bildirib ki, Rusiya Ukraynadakı məqsədinə şübhəsiz nail olacaq:

“Bu, aşkar faktdır. Neonasizm, təəssüf ki, bizə yaxın olan kifayət qədər böyük ölkədə həyat faktına çevrilib. Aydındır ki, bizim başqa seçimimiz yox idi. Və heç bir şübhə yoxdur ki, xüsusi əməliyyatın məqsədlərinə nail olunacaq. Əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir, Rusiyanın təhlükəsizliyini qorumaqdır. Məqsədimiz tamamilə başadüşüləndir və nəcibdir. Donbas xalqı bunu etməyə məcbur oldu. Çünki Qərbin ortaya atdığı Kiyev hakimiyyəti problemlərin sülh yolu ilə həllinə yönəlmiş Minsk razılaşmalarına əməl etməkdən imtina etdi”.

Qeyd edək ki, Vladimir Putin və Aleksandr Lukaşenko bu gün kosmodromda start kompleksinin inşasına baxış keçiriblər. (konkret.az)