29 Aprel 2024
"Bizdə xüsusi yeriniz var" - "Taliban" Merkeli Əfqanıstana DƏVƏT ETDİ

"Bizdə xüsusi yeriniz var" - "Taliban" Merkeli Əfqanıstana DƏVƏT ETDİ

07 Sentyabr 2021
Baxış: 566

Taliban Almaniya Kansleri Angela Merkeli Əfqanıstana dəvət edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

“Almaniyanın Əfqanıstanla tarixi və yaxşı münasibətləri var. Almaniya ilə güclü və rəsmi diplomatik əlaqələr qurmaq istəyirik”, – Taliban sözçüsü Zabihullah Mücahid qəzetə açıqlamasında qeyd edib.

Mücahid Almaniya hökumətinin yeni hökumətlə mümkün olan ən yaxşı diplomatik əlaqəyə sahib olmasını istədiyini vurğulayıb.

“Bild” müxbirinin, “Almaniya Kansleri Angela Merkeli Əfqanıstanda səmimi qarşılayardınızmı?” sualına Mücahid suala belə cavab verib:

“Əlbəttə. Əfqanıstanda dünyanın bütün ölkələri tərəfindən qəbul ediləcək və dünya liderlərinin inanacağı güclü və təhlükəsiz mühit istəyirik. Gəlməli və ölkəmizə baş çəkməlidirlər. Angela Merkelin mütləq xüsusi yeri olardı. Onu ölkəmizdə məmnuniyyətlə qarşılayardıq”.(teleqraf.com)