29 Aprel 2024
"Biz müharibədə türklərə o zaman məğlub olduq ki, əsgərlərimiz sağ qaldıqları üçün sevinirdilər" - Erməni zabitdən ETİRAFLAR

"Biz müharibədə türklərə o zaman məğlub olduq ki, əsgərlərimiz sağ qaldıqları üçün sevinirdilər" - Erməni zabitdən ETİRAFLAR

19 Avqust 2021
Baxış: 835

Erməni sosial şəbəkələrində yayılan video ölkədə geniş müzakirə olunub.

AJMEDİA.İNFO erməni teleqram kanallarına istinadən xəbər verir ki, bir erməni hərbçi emosional şəkildə çıxış edərək Ermənistanın sonunun gəldiyini deyir.

Erməni zabitin dediklərini sizə təqdim edirik:

“Biz türklərə Nikol biabırçı sənədə imza atanda uduzmadıq, Əliyevin konstruktivliyi haqqında erməni cəmiyyətinə nağıllar danışanda məğlub olmadıq.

Biz onda məğlub olduq ki, xeyli erməni Artsax problemindən qurtulduğunu və köçəri qəbilələrlə bir yerdə sülh içində yaşayacaqlarını dedi.

Biz onda məğlub olduq ki, əsgərlərin valideynləri övladlarının Artsaxdan Ermənistana gətirilməsini tələb etdilər.

Biz onda məğlub olduq ki, əsgərlər məğlub olmuş ölkənin meydanlarında “yuxarılara“ kapitulyasiyaya görə minnətdarlıq edirdilər ki, onların həyatlarını qurtarıblar.

Biz onda məğlub olduq ki, qədim erməni şəhəri olan Şuşinin Azərbaycan şəhəri olduğunu dedik.

Biz noyabrın 9-dan etibarən evdə oturub döyüşmək istəyən insanlara yalnız “dəyərli” məsləhətlər verəndə Artsaxı itirdik. Meyitxanaya atılan qardaşlarımızın qalıqları olan polietilen torbalara baxanda dəli olmadıqda məğlub olduq. Bəli məhz bunlara görə məğlub olduq. İndi bu utanc və alçaqlıqdan necə qurtula biləcəyimizi düşünün”.(konkret.az)