28 Aprel 2024
"Biz İsraili sevirik, İsrail bizi sevir və bizim məhəbbətimizi, bizim qarşılıqlı sevgimizi heç bir qüvvə poza bilməz!" Xalq şairi Vahid Əziz

"Biz İsraili sevirik, İsrail bizi sevir və bizim məhəbbətimizi, bizim qarşılıqlı sevgimizi heç bir qüvvə poza bilməz!" Xalq şairi Vahid Əziz

10 Oktyabr 2023
Baxış: 907

Bu gün İsraildə baş verənlər tək İsrail xalqının deyil, həm də Fələstinlilərin faciəsidir.
AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz Həmas terror qrupaşmasının İsrailə hücümü və İsrail-Fələstin məsələsinə aid fikirlərini Azərbaycan Yəhudi Media Mərkəzinə bildirib.

Xalqlar dinc yaşamaq istəyirlər. Sadəcə görünür Fələstinin içində qruplaşmalar var və bu qruplaşmalar dünyada olduğu kimi, dünyanı sakit yaşamağa imkan vermirlər. Çünki onlarən iqtisadi maraqları var, aranı qarışdırmaqla, silah alveri ilə məşğul olurlar, silah yığırlar, silah aparırlar.

Azərbaycan xalqı 44 günlük müharibəsi ilə 3 il bundan öncə zəfər çaldı. Son hadisələr də bizim haqlı olduğumuzu göstərdi. İndi başlayıblar Azərbaycana diqqət yetirməyə. 30 il ərzində Azərbaycanın problemlərinə məhəl qoymayan və öz 4 qətnaməsini saya salmayan, Ermənistana qarşı heç bir tədbir görməyən BMT Azərbycana artıq səfər edir. Mənə elə gəlir ki, BMT bu məsələ ilə artıq ciddi məşğul olmalıdır. Onlar vaxtı itirir, onun başını tumarlayır, bunun başını tumarlayırlar, problemlər yaradırlar.

Mən arzu edirəm ki, İsrail xalqı və Fələstinlilər dil tapib, barışsınlar.
Öz köklərində olan tarixi yada salsınlar. Çox qədimlərdə doğmalıq olub aralarında. Sonra araya girənlər olub, aranı pozub, qarışdırıblar.
Arzum budur İsrail xalqının yaraları sağalsın, yaralılara, xəstələrə şəfa diləyirəm və əsirlikdə olan İsraillilərin tezliklə evlərinə geri dönüb, doğmalarına qovuşmasını Tanrıdan rica edirəm.

Var olsun bizim dostluğumuz!
Biz bu çətin günlərdə 44 günlük savaşımızda, sonrakı dövrdə həqiqətən İsrail xalqının Azərbaycanın yanında olduğunu gördük, inandıq. Çünki, Azərbaycan yeganə ölkədir ki, yəhudilər burda çox rahat yaşayırlar, onlar bunu özləri etiraf edirlər. Nəinki, burda yaşayan yəhidilər, həm də İsraildə yaşayan yəhudilər özlərinə çox doğma hesab edirlər, bu barədə yazırlar, mən onları oxuyuram, tanış oluram.
Mənim də yəhudi dostlarım çoxdur və eyni zamanda mənim sözlərimə yazılmış igid Həmzə haqqında mahnını səsləndirib, oxudular. Bu şəxsən sayqıdır. Bu şəxsən mənə olan sayqı deyil, Azərbaycanlı qəhrəman bir insana, Azərbaycana olan sayqıdır.

Biz İsraili sevirik, İsrail bizi sevir. Və bizim məhəbbətimizi, bizim qarşılıqlı sevgimizi heç bir qüvvə poza bilməz!