29 Aprel 2024
Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı - RƏSMİ

Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı - RƏSMİ

30 Avqust 2021
Baxış: 909

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Bu barədə AJMEDİA.İNFO-ya Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir:

“Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.