08 May 2024
Birinci dozanı vurduranların sayı 5 milyonu ÖTDÜ

Birinci dozanı vurduranların sayı 5 milyonu ÖTDÜ

10 Noyabr 2021
Baxış: 456

Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 403 vaksin vurulub.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə 3 998, “Buster” doza üzrə 6 319 nəfərdir.


Vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə 4 442 475, “Buster” doza üzrə isə 497 197 nəfər təşkil edir.

Teqlər: vaksinasiya