27 Aprel 2024
Bir gündə 41 minə yaxın şəxs peyvənd olundu

Bir gündə 41 minə yaxın şəxs peyvənd olundu

30 Noyabr 2021
Baxış: 610

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 658 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 034 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 616 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 527 605, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 079 349, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 566 911 nəfər təşkil edir.

Ümumilikdə isə 881 345 buster doza vurulub

Teqlər: vaksinasiya