28 Aprel 2024
BİABIRÇILIQ! Sektor müdiri Nurlana Həsənova məktəbin həyətində qoyun-quzu saxlayır - VİDEO

BİABIRÇILIQ! Sektor müdiri Nurlana Həsənova məktəbin həyətində qoyun-quzu saxlayır - VİDEO

15 Oktyabr 2022
Baxış: 669

Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.

AJMEDİA.İNFO AMİA.AZ-a istinadən xəbər verir ki , sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.

Qoyun-quzu Nurlana xanıma məxsusdur.

Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:

Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.