27 Aprel 2024
Bəydən GÖZLƏNİLMƏZ HƏRƏKƏT: Gəlinin ailəsi cehiz almadığı üçün toyu LƏĞV ETDİ

Bəydən GÖZLƏNİLMƏZ HƏRƏKƏT: Gəlinin ailəsi cehiz almadığı üçün toyu LƏĞV ETDİ

21 Mart 2024
Baxış: 282

Hindistanın Madhya Pradeş əyalətində bəy gəlinin ailəsi motosiklet və qızıl zəncir hədiyyə almadığı üçün toyunu ləğv edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Kerala Kaumudi" portalı xəbər yayıb.

Bəy və gəlinin hər ikisi şadlıq sarayına toplaşan zaman ailələri arasında dava düşüb. Bəyin qohumları dərhal gəlinin qohumlarından vəd edilmiş cehizi tələb ediblər.Qız tərəfi isə buna cavab olaraq bəyin istədiklərini ala bilməyəcəklərini deyiblər.

Mərasimdə mübahisə başlayıb və bu az qala davaya çevrilib. Bəy gəlinin atasının yaxasından tutub onu döymək istəsə də, sonda toyun ləğv olunduğunu elan etməklə kifayətlənib. Bundan sonra o, qohumları ilə şadlıq sarayını tərk edib.(sfera.az)