28 Aprel 2024
“Bəy” Kamalın Azərbaycanı gözdən salmaqla çəkdiyi “yol”

“Bəy” Kamalın Azərbaycanı gözdən salmaqla çəkdiyi “yol”

07 May 2023
Baxış: 2118

Türkiyədə keçiriləcək seçkilərdə namizəd olan CHP lideri Kamal Kılıçdaroğlu "böyük layihə" başlığı ilə seçkiqabağı video yayımlayıb. Videoda prezident seçiləcəyi təqdirdə həyata keçirəcəyinə söz verdiyi “Yeni İpək Yolu” xəritəsini nümayiş etdirib.

Xəritədə 5500 kilometrlik avtomobil yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçməklə Çinlə birləşir.

Kamal Kılıçdaroğlunun Azərbaycanı bu gülünc layihəyə qatmaması seçkilərdə qalib gələcəyi təqdirdə hansı “dinə” xidmət edəcəyini tam şəkildə əks etdirir. Kılıçdaroğlu idrak etmir ki, layihə türk dünyasını İran və Çindən asılı vəziyyətə salmaqla yanaşı, Zəngəzur dəhlizi layihəsini də aradan qaldırır.

Azərbaycana həm sevincli, həm də ağrılı günlərində davamlı dəstəyini əks etdirən Türkiyənin hazırkı hakimiyyət orqanlarının açıqlamaları ilə müqayisədə CHP-nin “Yeni İpək Yolu” layihəsi ilə ölkəmizə qarşı xoşagəlməz münasibəti göz qabağındadır və danılmazdır.

Kılıçdaroğlunun seçkiqabağı vədlərinə diqqət yetirsək, Türk dünyası üçün yaxşı heç nə vəd etmədiyini görərik.

Absurd çıxışları və bəyanatları ilə özünü şübhəli aparan CHP lideri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasından asılı olmayaraq qalib gələcəyi təqdirdə Ermənistanla sərhədi qeyd-şərtsiz açacağı da məlumdur.

Kılıçdaroğlu hakimiyyətə gəlişi, Ərdoğanın mövcud türkdilli ölkələrin birliyinə doğru siyasi marşrutunu da sual altında saxlayacaq. Türkiyədə hakimiyyət dəyişikliyi təkcə Azərbaycanla deyil, eyni zamanda Rusiya ilə münasibətlərə də mənfi təsir göstərəcək.

Prezident İlham Əliyevin dediyi kimi: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.

“Bəy” Kamal bilməlidir ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiqdir. Tarixi bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanması isə heç də təsadüfi deyidi. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Qardaş türk xalqı və prezidenti daim xalqımızın yanında oldu.

Türk dünyasının bir fərdi olaraq 14 may seçkilərində öz mövqeyimi bildirir, qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirəm.

Elsevər Məmmədov

jurnalist

Teqlər: