28 Aprel 2024
"Bəsdirin, əl çəkin məndən, məni əsəbiləşdirməyin" - Nəcməddin Sadıkovdan ƏSƏBİ AÇIQLAMA

"Bəsdirin, əl çəkin məndən, məni əsəbiləşdirməyin" - Nəcməddin Sadıkovdan ƏSƏBİ AÇIQLAMA

16 Dekabr 2022
Baxış: 329

Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov jurnalist Eynulla Fətullayevə müsahibə verərək müdafiə nazirinin sabiq birinci müavini, Baş Qərargah rəisi Nəcməddin Sadıkov haqda ittihamlar səsləndirərək onu satqın adlandırmışdı.

AJMEDİA.İNFO xəbər verir ki, Manset.az Elbrus Orucovun ittihamları ilə bağlı Nəcməddin Sadıkovdan açıqlama alıb. Onun məsələyə reaksiyası qısa və sərt olub.


"Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!"