27 Aprel 2024
Bərdədə qəzalı vəziyyətdəki məktəb binasında UÇQUN oldu - FOTO
Bərdədə qəzalı vəziyyətdəki məktəb binasında UÇQUN oldu - FOTO

Bərdədə qəzalı vəziyyətdəki məktəb binasında UÇQUN oldu - FOTO

24 May 2022
Baxış: 371

Bərdə rayonunun Mehtili kəndində qəzalı vəziyyətdə olan məktəb binasında yenidən uçqun olub.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, güclü külək səbəbindən idman zalının dam örtüyü qoparaq yardımçı korpusun üzərinə düşüb.

Həmçinin, tikili hissədə də uçqun olub.

Xatırladaq ki, Mehtili kənd orta məktəbinin binası illərdir qəzalı vəziyyətdir və bir neçə dəfə uçquna məruz qalıb.