28 Aprel 2024
Belaruslu idmançı Lukaşenkonun təhdidinə görə ölkəsinə qayıtmaqdan İMTİNA ETDİ

Belaruslu idmançı Lukaşenkonun təhdidinə görə ölkəsinə qayıtmaqdan İMTİNA ETDİ

02 Avqust 2021
Baxış: 637

Belarusun yüngül atletika üzrə milli komandasının üzvü Kristina Timanovskaya ölkəsinə qayıtmaqdan imtina edib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, o, Avstriya hökumətindən sığınacaq istəmək qərarına gəlib.

İdmançının 100 və 200 metrə qaçıs yarışlarında iştirakı planlaşdırılıb. Lakin onun iki komanda yoldaşının dopinq testlərinin çatışmazlığı səbəbindən 4×400 estafet yarışından kənarlaşdırılmasından sonra yığmanın məşqçilər korpusu Timanovskayanın məhz bu distansiyada iştirakı barədə qərar verib.

Atlet qərara sərt şəkildə etiraz edərək, onu sosial şəbəkələrdə tənqid edib. Məşqçilər idmançının mənəvi-psixoloji durumunu nəzərə alaraq, onu yarışlardan uzaqlaşdırıb və evə qayıtmasını tövsiyə ediblər. Lakin Timanovskaya Belarusa qayıtmaqdan imtina edərək, Tokio hava limanında qaçqınların işi üzrə vəkillə görüşərək, müvəqqəti olaraq Yaponiyada qalmağa üstünlük verib.

Qeyd edək ki artıq iki ölkə idmançı ilə bağlı hərəkətə keçib. belə ki, Belarus hökumətinin bir çox opponentlərini qəbul etmiş qonşu Polşa olimpiya qaçışçısına kömək təklif edib.

Xarici işlər nazirinin müavini Marcin Przidaks “Twitter”-də yazıb ki, Tsimanovskayaya “humanitar viza təklif olunub və istəsə Polşada idman karyerasını davam etdirə bilər”.

Çexiyanın Xarici işlər naziri Yakub Kulhanek “Twitter”-də qeyd edib ki, Belarusla bağlı vəziyyəti “qalmaqallı” sayır və “Çexiya Respublikası kömək göstərməyə hazırdır”. O da idmançıya Çexiya ərazisinə daxil olmaq üçün viza təklif edib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Tokio-2020-də iştirak edəcək belaruslu atletlərə medlasız qayıdacaqları təqdirdə qayıtmamalarını tapşırmışdı.(konkret.az)