26 Noyabr 2022

Azerbaijan, Baku

12°C/17°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

BDU-nun rüşvət tələb edən müəlliminin səsi yayıldı

BDU-nun rüşvət tələb edən müəlliminin səsi yayıldı

17 İyun 2022
Baxış: 352

Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, oxu.az-a müraciət edən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib.

Tələbələr redaksiyamıza müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

BDU-dan isə bildirilib ki, qeyd edilən məsələ ciddi araşdırılır:

“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.