29 Aprel 2024
"Bavariya"da koronavirusa yoluxmuş futbolçuların sayı 9-a çatıb

"Bavariya"da koronavirusa yoluxmuş futbolçuların sayı 9-a çatıb

05 Yanvar 2022
Baxış: 429

Almaniya "Bavariya"sında koronavirusa yoluxanların sayı artıb.

Münhen təmsilçisində daha bir futbolçunun COVID-19 testi müsbət çıxıb.

Komandanın aparıcı yarımmüdafiəçisi Alfonso Deyvisdə infeksiya aşkarlanıb. Xəstəliyi simptomsuz keçirən 21 yaşlı oyunçu evində təcrid olunub.

Qeyd edək ki, bunadək "Bavariya"da daha 8 futbolçu koronavirusa yoluxub.