29 Aprel 2024
Baş Prokurorluq generalın rəis qardaşının özünü güllələməsi ilə bağlı AÇIQLAMA YAYDI

Baş Prokurorluq generalın rəis qardaşının özünü güllələməsi ilə bağlı AÇIQLAMA YAYDI

09 İyul 2021
Baxış: 702

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında intihar edib.

AJMEDİA.İNFO-ya Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da, saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.