28 Aprel 2024
Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb

Bakıdan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb

04 İyul 2021
Baxış: 1116

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC- (AZAL) məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

AZAL-dan AJM-ya verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.