09 May 2024
Bakıdan bu ölkəyə uçan təyyarə eniş edə BİLMƏDİ

Bakıdan bu ölkəyə uçan təyyarə eniş edə BİLMƏDİ

25 Yanvar 2024
Baxış: 315

“Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AJMEDİA.İNFO-ya AZAL-dan bildirilib.

Məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.