29 Aprel 2024
Bakıdakı mitinqlə bağlı DİN-dən - AÇIQLAMA

Bakıdakı mitinqlə bağlı DİN-dən - AÇIQLAMA

14 May 2022
Baxış: 687

Bu gün günorta saatlarında Bakıda bir qrup şəxs aksiya keçirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb:

"Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb".

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə bir sıra ictimai fəallar mayın 14-də Bakıda etiraz aksiyası keçiriləcəyinə dair məlumatlar paylaşırdı. Sonxeber.az