28 Aprel 2024
Bakıda və bölgələrdə HƏBSLƏR BAŞLAYIR: Yüksək səviyyəli məmurlar ŞÜBHƏLİDİR

Bakıda və bölgələrdə HƏBSLƏR BAŞLAYIR: Yüksək səviyyəli məmurlar ŞÜBHƏLİDİR

09 İyun 2022
Baxış: 533

Son günlərdə Respublikanın müxtəlif bölgələrində vəzifəli şəxslərin çoxsaylı həbslər həyata keçirilməkdədir.

Respublika Baş Prokurorluğu bu gün 10 vəzifəli şəxsin həbs olunması barədə məlumat yayıb. Bundan öncə də daha bir neçə nəfərin həbs olunduğu bildirilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Ölkə.Az”a etibarlı mənbələrdən verilən xəbərə görə, son günlərdəki həbs dalğası bundan sonra da davam edəcək.

“Respublikanın ən müxtəlif bölgələrində, o cümlədən paytaxtda öz vəzifə səlahiyyətindən sui-istifadə edib, səlahiyyətlərini aşan şəxslərin həbsi davam edəcək”, - mənbə bildirib.

O əlavə edib ki, həbslər təkcə ölkənin bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb olunmayacaq.

“Növbəti mərhələdə həbs olunanlar arasında daha yüksəksəviyyəli məmurların olması gözlənilir”, - o qeyd edib.

Artıq bir çox vəzifəli şəxslərin şübhəli əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaqdadır.