Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
dünən 18:00Bakıda şirkət əməkdaşı qəza törətdi: Üç nəfər öldü - VİDEO
19 Yanvar 2022
Baxış: 435
Bakıda şirkət əməkdaşı qəza törədib, üç nəfər ölüb.
AJMEDİA.İNFO xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.
Nəticədə E.Eyvazov, onun sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.