29 Aprel 2024
Bakıda polis sevgilisini öldürdü, özü intihara CƏHD ETDİ

Bakıda polis sevgilisini öldürdü, özü intihara CƏHD ETDİ

20 May 2021
Baxış: 2263

Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

Bu barədə AJMEDİA.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.