29 Aprel 2024
Bakıda naməlum şəxs bankın qarşısında duran kişiyə HÜCUM ETDİ

Bakıda naməlum şəxs bankın qarşısında duran kişiyə HÜCUM ETDİ

24 Dekabr 2021
Baxış: 479

Bakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.

AJMEDİA.İNFO-nun “Report”a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb. O, hadisə zamanı küt alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyələrində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.