29 Aprel 2024
Bakıda məşhur generalla icra başçısı QUDA OLDU – Nazir gəlinə bahalı brilliant verdi

Bakıda məşhur generalla icra başçısı QUDA OLDU – Nazir gəlinə bahalı brilliant verdi

21 İyul 2022
Baxış: 488

Naxçıvan MR keçmiş Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun oğlu ailə həyatı qurub.

AJMEDİA.İNFO xəbər verir ki, manşet.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın oğlu Əli Ələkbərli icra başçılarından birinin qızı ilə ailə həyatı qurub. Şəhərin ən möhtəşəm, böyük məkanlarından birində baş tutan məclisdə xeyli sayda rəsmi şəxslər iştirak edib. Fazil Ələkbərovun gəlininə bahalı brilliant hədiyyə etdiyi bildirilib.

Qeyd edək ki, Fazil Ələkbərov 2010–2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, 2015–2017-ci illərdə isə muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, 2017-ci ildən 2021-ci ilə qədər Daxili İşlər naziri olub.

Naxçıvan Daxili İşlər Nazirliyində kollegiya iclası – Nazir Fazil Ələkbərov  Muxtar Respublikadakı kriminogen durumdan danışdı