28 Aprel 2024
Bakıda maşınlara qənim kəsilən dəstənin iş başında görüntüləri - ANBAAN VİDEO

Bakıda maşınlara qənim kəsilən dəstənin iş başında görüntüləri - ANBAAN VİDEO

12 Yanvar 2022
Baxış: 648

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər.

Araşdırma zamanı onların ümumilikdə yeddi avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitofon və digər qiymətli əşyaları oğurladıqları məlum olub.

Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və bir ədəd velosiped oğurladıqları sübuta yetirilib.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.